Türkiyə Millisinin AVRO-2024-ün seçmə mərhələsində Xorvatiya ilə səfər matçının biletləri 13 dəqiqəyə satılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, stadionda türkiyəli azarkeşlər üçün 5 % yer ayrılıb.
Qeyd edək ki, görüş oktyabrın 12-də Xorvatiyanın Osijek şəhərində baş tutacaq.