Mahir Emrelinin komandası Konfrans Liqasında uduzdu

01:01 6 Oktyabr 2023

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Konfrans Liqasında bu gün növbəti görüşünü keçirib. 

Sportarena.az xəbər verir ki, Xorvatiya çempionu ikinci turda "Ballkani"nin qonağı olub. Kosovoda keçirilən görüşə Bakı vaxtı ilə saat 20:45-də start verilib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub.  

Mahirin komandası KL-də ilk turda "Astana"nı 5:1 hesabı ilə darmadağın etmişdi.  

 

 


Digər xəbərlər

Xəbər xətti