Türkiyə millisinin yoldaşlıq oyunu üçün bir rəqibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “ay-ulduzlular” Almaniya ilə qarşılaşacaq. İki ölkə federasiyası arasında aparılan danışıqlar uğurla nəticələnib. Razılığa əsasən, komandalar oktyabrın 18-də Berlində üz-üzə gələcəklər.
Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.