Messi bu mükafata namizəd seçildi

10:44 6 Oktyabr 2023

ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi MLS-də mövsümün “Ən yaxşı oyunçusu” mükafatına namizəd göstərilib.

Sportarena.az xəbər verir ki, mükafat uğrunda ümumilikdə 30 futbolçu mübarizə aparır. 

Mükafata Messinin komanda yoldaşı Serxio Busquets də namizəddir.

Qeyd edək ki, Messi iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. 


Digər xəbərlər

Xəbər xətti