Konfrans Liqasında qrup mərhələsinin ikinci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportarena.az xəbər verir ki, namizədlər Tarik Tissudali("Gent"), Coşua Kinq ("Fənərbaxça"), Vensan Abubakar("Beşiktaş") və Benjamin Niqrendir ("Norşelland").
UEFA-nın saytında keçirilən səsvermədən sonra qalibin adı açıqlanacaq.