Bellinqem Ronaldonun rekordunu qırdı

22:04 8 Oktyabr 2023

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqhem  Kriştiano Ronaldonun rekordunu qırıb.

Sportarena.az xəbər verir ki, o, La Liqanın 9-cu turunun “Osasuna”ya qarşı oyununda (4:0) dubla imza ataraq buna nail olub. 

20 yaşlı oyunçu bu mövsüm “Real”ın heyətində bütün yarışlarda meydana çıxdığı 10 oyunda 10 qol vurub və 3 qolu ötürməsini verib. Bu, Kriştiano Ronaldonun “kral klubu”nda ilk 10 oyununda əldə etdiyindən çoxdur - 10+1. Beləliklə, Bellinqem bu göstəricidə portuqaliyalı hücumçunu üstələyib.

Xatırladaq ki, Bellinqem bu yay Dortmund “Borussiya”sından “Real”a 103 milyon avroya keçib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.  


Digər xəbərlər

Xəbər xətti