“Bir neçə epizodda hakim sarı vərəqə verdi. Halbuki verməyə bilərdi”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:
“Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün yaxşı oyun sərgilədilər. Hər iki komanda istəkli idi. Futbolçularıma təşəkkür edirəm. Bizimçün vacib oyun idi, şükürlər olsun, qələbə qazandı. Bu stadionda oynamaq həmişə xoşdur. Yaxşı atmosfer olur. Gərgin deyildik, sadəcə oyunun içində idik. Bir neçə epizodda hakim sarı vərəqə verdi, Halbuki verməyə bilərdi. Belə oyunda bəsit qərarlar vermək olmaz. Hakimlər ofsayd epizodunda sona qədər gözləmədilər. Yorğunluq var idi. İlk dəqiqələrdə bəzi oyunçularda hiss olundu. Futbolçuların bərpası üçün heç üç gün vaxt omadı. "Haken"lə oyun Bakıda olsaydı, bərpa daha rahat olardı. Belə oyunlarda xarakter göstərmək vacibdir. Oyunçularım bunu nümayiş etdirdilər və sona qədər dinamikanı saxladılar. Bəzi oyunçular üçün yaxşı, bəziləri üçün pis olacaq. Burada qalanlara üç gün istirahət verəcəyik. Bu, mütləq lazımdır. Milliyə gedənlər də komandaları üçün ən yaxşısını etməlidirlər. Oyunçuların il boyu öz formalarını qoruyub saxlamaq olmur. Sadəcə futbolçuları vaxtında tənzimlənməsidir. Futbolçularla bərabər həkim heyəti, rəhbərlik çox diqqət ayrılırdı. Ciddi rejimdə idik, çox əziyyət çəkdik, nəticəsini gördük. Bura qədər gəlmişik, məsələ bundan sonranı qoruyub saxlamaqdır. Avropada oynayanda komanda ikiqat zədələnir. Bədavi zədələndi 5 mərkəz müdafiəçisimdən 3-ü zədəli idi. Həkim kollektivimiz bu məsələlərə ciddi yanaşır. Amma bu bizim üçün ciddi təcrübə oldu. Müəyyən rotasiyalar olur. Bu da mən və futbolçular üçün böyük təcrübə oldu. Öz futbolçularıma və rəqib oyunçularına zədəsiz oyunlar arzu edirəm".