"Qurban Qurbanovu dayandırmaq çətindir" - "Neftçi"nin baş məşqçisi

23:17 8 Oktyabr 2023

"Qarabağ"ı digər komandalarla müqayisə edəndə səviyyə fərqi aşkar görünür”.

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qarabağ”a 2:0 hesabı ilə məğlub olan “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:

“Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım əllərindən gələni etdilər. Nə qədər yaxşı təşkil olunsaq da, rəqibin heyətində daha keyfiyyətli oyunçular varsa və hücumlardan yararlana bilirlərsə, çətin olur. "Qarabağ"ı digər komandalarla müqayisə edəndə səviyyə fərqi aşkar görünür. Onlar hər il Avropa turnirlərindəki çıxışları ilə bunu sübut edirlər.Bununla razılaşmıram. Onların daha yorğun olduğunu deyirsiz. Amma onlar iki heyətə malik komandadır. "Qarabağ"ın üstünlüyü də bundadır. Aşağı-yuxarı eyni səviyyədə olan iki heyəti var. Düşünürəm ki, ilk hissənin sonlarına yaxın qol imkanımız oldu. Epizodlar yaradırdıq. "Qarabağ" əks-hücumlarda daha təhlükəlidir. Davamlı oynamağa çalışmaq lazımdır. "Neftçi"yə gələndə uzunmüddətli layihə olacağı deyilmişdi və bunu qəbul edib, gəldim. Əvvəlki illərdəki çıxışlara baxanda, bircə 2020-2021 mövsümündə çempionluq var. Digərlərində eyni ssenari olub- 2, 3-cü yerlər... Möhkəm fundament qurmalıyıq. Bir addım geri atmalı və nəyi necə etdiyimizə baxmalıyıq. Bir oyunla nəyisə sübut etmək olmaz. Mövsüm qarşıdadır. Mən də üzgünəm, azarkeşlərimiz də. İrəli baxmalı, daha yaxşı çalışmalıyıq. İstədiyimiz komandanı əzmkarlıq üzərində qurmalıyıq. "Qarabağ" uzunmüddətli layihənin nəticəsidir. Buna görə də irəli baxmalıyıq. Özünüz cavab verdiz. Dəyişir, dəyişir, dəyişir... Özümü Qurban Qurbanovla müqayisə etmək istəmirəm. O, 9-10 titul qazanıb. O, "Qarabağ"dakı ilk 5 ilində bir kubok qazanıb. Ondan sonra qələbələr qazanmağa başladı. Qurban Qurbanovu dayandırmaq çətindir. Düşünürəm ki, "Neftçi" də belə layihəyə layiqdir. İstər mənlə, istərsə də başqası ilə".


Digər xəbərlər

Xəbər xətti