Musa Qurbanlı oynadı, "Yurqorden" səfərdə 3 xal qazandı

10:15 9 Oktyabr 2023

Futbol üzrə İsveç çempionatında 26-cı turun görüşləri keçirilir.

Sportarena.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Varberqs"lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.

26 turdan sonra 46 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti