UEFA Rusiyanın yeniyetmələrdən ibarət komandalarının qurumun himayəsi altında keçiriləcək yarışlara buraxılması ilə bağlı qərarı dəyişdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, Rusiyanın U-17 yığmasının beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi ilə bağlı qəbul edilən qərara görə, UEFA prezidenti Aleksander Çeferin təzyiq altındadı. Sabah keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu məsələyə bir daha baxılacaq.
Qeyd edək ki, oktyabrın 4-də FİFA da Rusiyanın U-17 millisinin turnirlərdə iştirakına icazə verəcəyini açıqlamışdı.