21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununun hakimləri açıqlanıb.
Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Davidovdur. Ona Georgi Doynov və Miroslav Maksimov köməklik göstərəcək.Dördüncü hakim funksiyasını Kristiyan Kolev yerinə yetirəcək.
Qeyd edək ki, matç oktyabrın 12-də saat 18:00-da, “Azersun Arena”da keçiriləcək.