AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Avstriya yığması daha bir ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, avstriyalılar kapitanı David Alabanın xidmətindən məhrum qalıb. Buna səbəb 31 yaşlı müdafiəçinin zədəsinin sağalmamasıdır. Baş məşqçi Ralf Ranqnik onu heyətə dəvət etsə də, bu gün adını siyahıdan çıxarmalı olub. Qasıq nahiyəsindəki zədə ucbatından “Real”ın son 3 matçını buraxan Alaba millinin qarşıdakı görüşlərində də yer almayacaq.
Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya ayın 16-da Bakıda millimizin qonağı olacaq.