“Yuventus”un oyunçusu futboldan kənarlaşdırıldı

01:50 18 Oktyabr 2023

“Yuventus”un futbolçusu Nikolo Faqioli mərc oynadığı üçün 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Sportarena.az xəbər verir ki, bu barədə “Sky Sport” xəbər verir.

Turin prokurorluğu artıq Faqiolinin 2024-cü ilin may ayına qədər futboldan uzaqlaşdırılmasını təsdiqləyib.

Xatırladaq ki, əvvəllər KİV-də yayılan məlumatda istintaqın Faqiolinin qanunsuz mərc oyunlarında iştirakını təsdiqləyəcəyi halda onun 3 il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcəyi, 25 min avro cərimə olunacağı bildirilirdi. Lakin sonradan 22 yaşlı oyunçu qumara görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət etdiyi haqda məlumat yayılıb. 


Digər xəbərlər

Xəbər xətti