AVRO-2024: Daha iki komanda final mərhələsində

02:02 18 Oktyabr 2023

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.

Sportarena.az xəbər verir ki, son gündə C, G və H qruplarının oyunları keçirilib. İngiltərə yığması öz meydanında İtaliyanı məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb. Səfərdə Litva ilə bərabərliyə qalan Macarıstan da final mərhələsinə yüksəlib.    

Qeyd edək ki, indiyə qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa final mərhələsində iştirak hüququna yiyələniblər.

AVRO-2024, seçmə mərhələ

VIII tur

17 oktyabr

 

C qrupu

İngiltərə – İtaliya 3:1

Qollar: Keyn, 32-pen; 77. Raşford, 57 – Skamakka, 15.

Malta – Ukrayna 1:3
Qollar: Mbonq, 12 – Kamenzuli, 38-öz qapısına. Dovbik, 43-pen. Mudrik, 85.

Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna – 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7)

 

G qrupu

Litva – Macarıstan 2:2
Qollar: Çernıx, 20. Sirvis, 36 – Soboslai, 67. Varqa, 82.

Serbiya – Monteneqro 3:1
Qollar: Mitroviç, 9; 73. Tadiç, 77 – Yovetiç, 36.

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6).

 

 

H qrupu

Finlandiya – Qazaxıstan 1:2
Qollar: Teylor, 28 – Zaynutdinov, 77-pen; 89.

Şimali İrlandiya – Sloveniya 0:1
Qol: Çerin, 5.

San Marino – Danimarka 1:2
Qollar: Qolinuççi, 61 – Hoylund, 42. Poulsen, 70.

 

Xal: Sloveniya - 19, Danimarka - 19, Qazaxıstan - 18, Finlandiya - 12, Şimali İrlandiya - 6, Malta - 0 


Digər xəbərlər

Xəbər xətti