Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyində dəyişiklik baş verib.
Sportarena.az xəbər verir ki, Şəfəq Hüseynli direktor vəzifəsindən azad edilib. AMADA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda millət vəkili, “Bakı Şəhər Halqası”nın sabiq mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçilib. Həmçinin Təhminə Tağızadə AMADA-nın icraçı direktoru təyin edilib.
Xatırladaq ki, AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı.