Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqeslə dava edib.
Sportarena.az xəbər verir ki, Braziliya millisinin kapitanı federasiya rəhbərini təhqir edib.
Neymar onu yığmanın oyunlarını boykot etməklə hədələyib. Bu gərginlik DÇ-2026-nın seçmə mərhələsinin III turunda Venesuela ilə 1:1 hesabı ilə başa çatan görüşdə başlayıb.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.