“Vissel Kobe”nin yarımmüdafiəçisi Xuan Mata “Formula 1” komandası “Alpin”in səhmlərini alıb.
Sportarena.az xəbər verir ki, o, səhmlərin 24%-nə sahib çıxıb. Bunun üçün Mata 200 milyon avro sərmayə qoyan “Otro Capital” investisiya qrupuna qoşulub.
İnvestisiya qrupuna bir çox məşhur idmançılar, o cümlədən, “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold, britaniyalı qolfçu Rori Makilroy, britaniyalı boksçu Entoni Coşua və başqaları daxildi.