Türkiyə Basketbol Liqasında çıxış edən “Antalya Büyükşehir Belediyespor” klubunun qadın baş məşqçisi Selen Erdem diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, o hərəkətləri ilə özünü qardaş ölkə futbolunun ən tanınmış məşqçisi Fatih Terimə bənzətməsi ilə seçilir.
S.Erdem həmçinin komandasının matçlarında arenaya hündürdaban ayaqqabılarla gəlir. Təhlükəli olmasına baxmayaraq bu ayaqqabılarla zalda qaçaraq tapşırıqlarını verir.
Xanım məşqçi Fatih Terimə bənzədilməkdən isə qürur duyduğunu bildirib.