Məhəmməd Salahdan Qəzza əhalisinə dəstək

11:40 20 Oktyabr 2023

"Liverpul"un oyunçusu Məhəmməd Salah İsraillə Fələstin arasında baş verən gərginliklə bağlı müraciət edib.

Sportarena.az xəbər verir ki, misirli hücumçu sosial şəbəkə hesablarında etdiyi paylaşımda dünya liderlərinə səslənib. Ulduz futbolçu Qəzza əhalisinin qidaya və tibbi ləvazimatlara ehtiyacının olduğunu bildirib:

"Belə bir zamanda danışmaq asan deyil. Qəzza əhalisinin təcili surətdə qidaya, suya və tibbi ləvazimatlara ehtiyacı var. Orada insanlar çox pis vəziyyətdədirlər. Liderləri məsumların öldürülməsinin qarşısını almağa çağırıram. İnsanlıq qazanmalıdır". 


Digər xəbərlər

Xəbər xətti