“Mançester Yunayted”in əfsanəsi vəfat etdi

09:45 22 Oktyabr 2023

Əfsanəvi futbolçu Bobbi Çarlton 86 yaşında vəfat edib.

Sportarena.az xəbər verir ki, bu barədə “Sky Sports”a onun ailəsi məlumat verib. Bobbi Çarltsonun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, İngiltərə millisinin yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, "Qızıl top"la mükafatlandırılıb. 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. İdmançı "Mançester Yunayted"lə Avropa çempionları kubokunun qalibi olub.  


Digər xəbərlər

Xəbər xətti