Messi 90 dəqiqə oynadı, komandası yenə uduzdu

14:14 22 Oktyabr 2023

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ABŞ-nin MLS liqasında növbəti oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, Devid Bekhemin həmsahibi olduğu Mayami təmsilçisi "Şarlott"a uduzub – 0:1. Qarşılaşmada meydan sahiblərinə qələbə qazandıran qolu 13-cü dəqiqədə Kervin Varqas vurub. Messi start heyətdə meydana çıxıb və final fitinə qədər mübarizə aparıb.

"İnter Mayami"də çıxış edən sabiq "Barselona" futbolçularından Serxio Buskets də 90 dəqiqə ərzində top qovub. Jordi Alba isə sonradan oyuna çıxıb.

Xatırladaq ki, "Mayami" klubu 7 oyundur qələbə qazana bilmir. Komanda bu oyundan sonra Şərq Konfransının turnir cədvəlində 34 xalla 14-cü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti