Ronaldodan azarkeşləri sevindirən xəbər

14:55 22 Oktyabr 2023

"Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldo karyerasını ən azı 2024-2025 mövsümünün sonuna qədər davam etdirməyi planlaşdırdığını bildirib.  

Sportarena.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib:

“Azarkeşlər məni sevindirir və mən də cavab verirəm. Bu və növbəti mövsümdə oynamağa davam edəcəyəm. Sonra bədənimə baxıb, davam edib-etməyəcəyimi düşünəcəyəm. Məni zirvələrə çatdıran zəhmətdir. Komandam olmasaydı, bunların heç biri baş verməzdi. Xüsusilə beynəlxalq və səfər fasilələrindən sonra çətin oyun oldu. Səudiyyə Ərəbistanında olduğum üçün çox xoşbəxtəm və çox minnətdaram ki, 38 yaşımda hələ də komandama kömək edirəm”.

Ronaldonun 2024/2025 mövsümünün sonunda 40 yaşı tamam olacaq.


Digər xəbərlər

Xəbər xətti