"Qarabağ"ın rəqibindən darmadağın

22:05 22 Oktyabr 2023

Futbol üzrə İsveç çempionatında 27-ci turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Hekken" doğma meydanda "Norrkopinq"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 54-ə yüksəldən "Hekken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda səfərdə "Hekken"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci oyun dekabrın 14-də Bakıda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti