Qazxıstan Premyer Liqasında mövsümün qalibi bəlli olub.
Sportarena.az xəbər verir ki, "Ordabaşı" çempionatın sonuna bir tur qalmış çempionluğunu təmin edib.
25-ci turda evdə "Şaxtyor"a 3:1 hesabı ilə qalib gələn komanda xallarını 58-ə çatdırıb. İkinci pillədə olan "Astana"nın 52 xalı var.
"Ordabaşı" tarixi ərzində ilk dəfə Qazaxıstan çempionu olub.