Musa Qurbanlı oynadı, komandası heç-heçə etdi

00:42 23 Oktyabr 2023

Futbol üzrə İsveç çempionatında 27-ci turun görüşləri keçirilir.

Sportarena.az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda "Hammarbü"nü qəbl edib. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

27 turdan sonra 47 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti