Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası

16:38 29 Oktyabr 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportarena.az xəbər verir ki, "Alanyaspor" Ömər Ərdoğanla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ömər Ərdoğan bu ilin aprel ayından "Alanyaspor"u çalışdırırdı. Komanda Super Liqada 10 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti