Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız Misirlə üz-üzə gəlib.
Matç komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Azərbaycan millisi son turun nəticələrindən asılı olmayaraq həm qrup birinciliyini, həm də 1/8 finala vəsiqəni təmin edib.
Qrupdakı digər matçda heç-heçə qeydə alınıb - İraq - Küveyt - 5:5.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son matçında oktyabrın 31-də Küveytlə üz-üzə gələcək.