"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 9-cu tur oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Frayburq"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xalını 2-ə çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində yenidən 1-ci pilləyə yüksəlib. "Bavariya" 23 xalla 2-ci, "Ştutqart" 21 xalla 3-cüdür.