Türkiyə Superliqasının 10-cu turunda keçirilən “Pendikspor” – “Fənərbaxça” (0:5) matçından sonra qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, matçı bitikdən sonra polis meydan sahiblərinin bir neçə azarkeşini saxlayıb. Buna səbəb onların matç zamanı qalmaqal yaratması olub. Lakin “Pendikspor” futbolçuları Halil Akbunar və İbrahim Akdağ azarkeşlərin saxlanılmasına etiraz edib. Onların polisin üzərinə hücum edərək tərəfdarları sərbəst buraxmasını tələb edib.
Nəticədə tərəflər arasında mübahisə yaranıb.