“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Sportarena.az xəbər verir ki, mükafata İspaniyanın “Real” klubunun ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.
20 yaşlı oyunçu səsvermədə Eduardo Kamavinqa (“Real”, İspaniya), Qavi, Pedri, Alexandro Balde (hamısı “Barselona”, İspaniya), Camal Musiala (“Bayern”, Almaniya), Xavi Simons (“Leypsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Elye Vahini (“Lans”, Fransa) geridə qoyub.