Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, Elşad Quliyevin çalışdırdığı komanda G qrupunda son matçına çıxacaq. Rəqib Küveyt yığmasıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan millisi 6 xalla qrupda liderdir. Misir 3 xalla 2-ci. Küveytlə İraq isə hərəyə 1 xalla 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.