Erlinq Haaland "Herd Müller" mükafatının sahibi oldu

11:14 31 Oktyabr 2023

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland ilin ən yaxşı hücumçusu seçilib.

Sportarena.az xəbər verir ki, o, "Herd Müller" mükafatına layiq görülüb.

Ötən mövsüm norveçli fovard İngiltərə Premyer Liqasında 35 oyun keçirib, 36 qol vurub və 8 qolun ötürməsini verib. Haaland Çempionlar Liqasının 11 oyununda da iştirak edib, burada 12 qol və 1 qol ötürməsi edib. “Mançester Siti” turnirin finalında “İnter”ə 1:0 hesabı ilə qalib gələrək tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Ötən il isə bu mükafat "Barselona"dan Robert Levandovskiyə verilmişdi. 


Digər xəbərlər

Xəbər xətti