Futbol üzrə Azərbaycan çempionatının II Liqasının 9-cu turu çərçivəsində keçirilən “Göygöl” – “Şəki Siti” qarşılaşması yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, buna səbəb matçın sonlarında hakimlə oyunçular və rəsmilər arasında mübahisə düşməsi olub.
“Göygöl” məsələ ilə bağlı bəyanat yayıb. Klubun iddiasına görə, qarşılaşmanın 80-ci dəqiqəsində hakimin qərarına etiraz edən futbolçu Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib:
“O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov futbolçunu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb.
Ardından hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb”.