“Sabah” liderə qarşı

11:28 1 Noyabr 2023

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada “Nimburk”un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, “Sabah” ilk görüşündə səfərdə Şimali Makedoniya “Mornar”ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var. 


Xəbər xətti