Renat Dadaşovsuz "Hatayspor" kubokda mərhələ adladı

12:47 1 Noyabr 2023

Futbol üzrə Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Sarıyer"lə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən hataylılar adını növbəti raunda yazdırıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı forvardın adı matçın iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Volkan Demirel Renatla yanaşı bir neçə əsas oyunçusuna istirahət verib. 


Digər xəbərlər

Xəbər xətti