Asiya qitəsində 2023-cü ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, ən yaxşı adına hazırda "Bavariya"da çıxış edən Kim-Min Ce layiq görülüb. Bu barədə Asiya Futbol Federasiyası məlumat yayıb.
Cənubi koreyalı mərkəz müdafiəçisi sorğuda "Tottenhem"də çıxış edən Hık Min-Son və "Brayton"un yapon futbolçusu Kaoru Mitomanı qabaqlayıb.
Qeyd edək ki, Kin-Min Ce 2022/2023 mövsümündə "Napoli" ilə İtaliya çempionluğu qazanıb. O, yayda "Bavariya"ya transfer olunub.