Neymar meydana nə vaxt qayıdacaq?

17:35 1 Noyabr 2023

“Əl-Hilal”ın və Braziliya millisinin futbolçusu Neymarın yaşıl meydanlara qayıdacağı təxmini vaxt bəlli olub.

Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçu noyabrın 2-də əməliyyat olunacaq. Bu barədə “Globo” məlumat yayıb.

Onun 10 aydan sonra yaşıl meydanlara qayıda biləcəyi vurğulanıb. Bu o deməkdir ki, Neymar bir də ən yaxşı halda 2024-cü ilin avqust ayında komandasına kömək edə biləcək.

"Sambaçı" oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) sol dizindən zədə alıb. Ona çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpası 6 aydan çox çəkəcək.

Qeyd edək ki, Neymar bu yay PSJ-dən “Əl-Hilal”a 90 milyon avroya keçib. O, yeni komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti