Xəbər verdiyimiz kimi, Xorvatiyanın “Dinamo” klubunuda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli ötən gün ölkə kuboku matçında qol vurub.
Sportarena.az xəbər verir ki, o, “Oriolik”ə 8:0 hesabı ilə qalib gəldikləri matçda 7-ci qolun müəllifi olub.
Oyundan sonra M.Emreliyə azarkeşlər tərəfindən böyük dəstək göstərilib. Zaqreb klubunun tərəfdarları millimizin forvardından avtoqraf alıblar.
Mahirin avtoqraf verərkən çəkilən fotosu da sosial şəbəkələrdə paylaşılıb.