“France Football” “Qızıl top”u UEFA ilə birlikdə təqdim edəcək

14:00 4 Noyabr 2023

“France Football” nəşri 2024-cü ildən etibarən “Qızıl top” mükafatını UEFA ilə birlikdə təqdim edəcək.

Sportarena.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə imzalanıb. 

Razılığa əsasən, səsvermə zamanı hər iki qurumun əməkdaşları birgə fəaliyyət göstərəcəklər. Növbəti ildən kişi və qadın futbolunda ilin ən yaxşı baş məşqçiləri üçün yeni mükafat da təsis ediləcək.

Qeyd edək ki, “Qızıl top” mükafatının builki qalibi argentinalı Lionel Messi olub.

 


Digər xəbərlər

Xəbər xətti