İspaniya çempionatı: "Atletiko" səfərdən əliboş qayıtdı

14:44 4 Noyabr 2023

İspaniya La Liqasında XII tura start verilib.

Sportarena.az xəbər verir ki, birinci oyun günündə Dieqo Simeonenin çalışdırdığı "Atletiko" səfərdə "Las Palmas"a uduzub. Turun digər oyunları bu gün, sabah və 6 noyabrda keçiriləcək. Son çempion "Barselona" "Real Sosyedad"la münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlində birinci pillədə qərarlaşan "Real" Madridin digər təmsilçisi "Rayo Valyekano" ilə üz-üzə gələcək.

Mövsümün sürpriz komandası "Jirona" isə "Osasuna"nın qonağı olacaq.

La Liqa

XII tur

3 noyabr (cümə)

"Las Palmas" - "Atletiko" 2:1

Qollar: K.Rodriqes, 51. B.Ramires, 75 – Morata, 83.

 

Turun digər oyunları:

4 noyabr (şənbə)

17:00. "Osasuna" - "Jirona"

19:15. "Betis" - "Malyorka"

21:30. "Selta" - "Sevilya"

00:00. "Real Sosyedad" - "Barselona"

 

5 noyabr (bazar)

17:00. "Alaves" - "Almeriya"

19:15. "Valensiya" - "Qranada"

21:30. "Vilyarreal" - "Atletik"

00:00. "Real" - "Rayo Valyekano"

 

6 noyabr (bazar ertəsi)

00:00. "Xetafe" - "Kadis" 


Digər xəbərlər

Xəbər xətti