Türkiyəli jurnalist və iş adamı Acun Ilıcalı Avropada daha bir futbol klubu alacaq.
Sportarena.az xəbər verir ki, onun növbəti klubu Yunanıstandan olacaq. Ilıcalı "Atromitos" klubunun səhmlərini satın alacaq. Tərəflər arasında danışıqların artıq yekunlaşmaq üzrə olduğu bildirilir.
"Atromitos" Yunanıstan Super Liqasında 9 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Acun hazırda İngiltərədə "Hall Siti", İrlandiyada isə "Şelburn" klubunun sahibidir.