İtaliya A Seriyasında XI tura start verilib.
Sportarena.az xəbər verir ki, birinci oyun günündə paytaxt təmsilçisi "Latsio" səfərdə "Bolonya" ilə qarşılaşıb.
Turun digər oyunlarının bu gün, sabah və 6 noyabrda keçirilməsi nəzərdə tutulub. Belə ki, yarışın lideri "İnter" səfərdə "Atalanta" ilə, son çempion "Napoli" isə autsayder "Salernitana" ilə qarşılaşacaq.
A Seriyası
XI tur
3 noyabr (cümə)
"Bolonya" - "Latsio" 1:0
Qol: Ferquson, 46.
Turun digər oyunları:
4 noyabr (şənbə)
18:00. "Salernitana" - "Napoli"
21:00. "Atalanta" - "İnter"
23:45. "Milan" - "Udineze"
5 noyabr (bazar)
15:30. "Verona" - "Montsa"
18:00. "Kalyari" - "Cenoa"
21:00. "Roma" - "Leççe"
23:45. "Fiorentina" - "Yuventus"
6 noyabr (bazar ertəsi)
21:30. "Frozinone" - "Empoli"
23:45. "Torino" - "Sassuolo"