Məhəmməd Salah da Səudiyyə Ərəbistanına gedir?

16:22 4 Noyabr 2023

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis forvardın məsələ ilə bağlı ona heç nə demədiyini söyləyib. 

"Salah bununla bağlı nə mənə yaxınlaşıb, nə də bir söz söyləyib. Onun başqa klublardan təklif alıb-almadığını bilmirəm. Məhəmməd Salah hazırda bizimlədir".

31 yaşlı misirli 2017-ci ilin yayından Mersisayd təmsilçisində çıxış edir. O, "Liverpul"un heyətində 319 oyuna çıxıb, 196 qol vurub və 83 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti