"Sumqayıt"ın futbolçuları Qətərdəki turnirə qatılacaqlar

18:07 4 Noyabr 2023

"Sumqayıt" Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları Qətərin paytaxtı Doha şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Sportarena.az xəbər verir ki, "kimyaçılar" turnirdə iştirakı adıçəkilən ölkənin məşhur "Aspire" Akademiyasının dəvəti ilə gerçəkləşəcək.

Qeyd edək ki, nümayəndə heyəti bu gün Qətərə yola düşəcək. 


Xəbər xətti