“Deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım” - AÇIQLAMA

01:00 10 Noyabr 2023

“Barselona”nın sabiq futbolçusu Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldığına görə tənqid olunması haqqında danışıb.

Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçu tənqidlərə əhəmiyyət vermədiyini deyib:

“Haqqımda deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım. Sağ qalmağın yeganə yolu dedi-qodulara məhəl qoymamaqdır. İnsanlar əslində baş verənlərin 10 faizini belə bilmirlər”.

Qeyd edək ki, Pike və Şakira 11 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Ayrılığa səbəb futbolçunun xəyanəti olub. 


Digər xəbərlər

Xəbər xətti