İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Federiko Valverdenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına kimi Madrid klubuna məxsus olacaq. Onun sərbəstqalma məbləği 1 milyard avro olaraq təyin olunub.