Türkiyə Super Liqasında XII tur start götürür - YENİLƏNİR

13:55 10 Noyabr 2023

Bu gün Türkiyə Super Liqasında XII tur start götürəcək.

Sportarena.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma keçiriləcək. Paytaxt təmsilçisi "Ankaragücü" evdə "Antalyaspor"u, Trabzonun eyniadlı təmsilçisi isə "Konyaspor"u qəbul edəcək.

Turun digər oyunları 11 və 12 noyabrdə baş tutacaq. Yarışın lideri "Qalatasaray" səfərdə Volkan Dəmirəlin çalışdırdığı və Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"un qonağı olacaq.

Ötən tur cari mövsüm ölkə çempionatında ilk məğlubiyyətini alan "Fənərbaxça" yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor"la üz-üzə gələcək. Baş məşqçisiz qalan və çətin günlərini keçirən "Beşiktaş" isə evdə "Başakşəhər"i qəbul edəcək.

 

Super Liqa

XII tur

10 noyabr (cümə)

21:00. "Trabzonspor" - "Konyaspor"

21:00. "Ankaragücü" - "Antalyaspor"

 

Turun digər oyunları:

11 noyabr (şənbə)

14:30. "Kasımpaşa" - "Kayserispor"

17:00. "Fatih Karagümrük" - "Sivasspor"

17:00. "Alanyaspor" - "Qaziantep"

20:00. "Hatayspor" - "Qalatasaray"

 

12 noyabr (bazar)

14:30. "Pendikspor" - "Samsunspor"

17:00. "Rizespor" - "İstanbulspor"

17:00. "Beşiktaş" - "Başakşəhər"

20:00. "Adana Dəmirspor" - "Fənərbaxça" 


Digər xəbərlər

Xəbər xətti