“Real”ın qapıçısı Kepa Arrizabalaq Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Braqa" ilə oyunundan (3:0) əvvəl aldığı zədə səbəbindən müayinə olunub.
Sportarena.az xəbər verir ki, qapıçı dünənki oyuna başlamalı idi. Lakin isinmə hərəkətləri zamanı əzələsindən zədə alıb. İlkin diaqnoz Kepanın iki ilə üç həftə arasında meydana çıxmayacağı göstərilib.
Qeyd edək ki, Arrizabalaqa “Real”da 13 oyun keçirib və 10 qol buraxıb.