“Sərhədçi” “Sumqayıt”a uduzdu

19:14 10 Noyabr 2023

 

Azərbaycan Basketbol Liqasının 3-cü turunda “Sərhədçi” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib.

Sportarena.az xəbər verir ki, gərgin keçən qarşılaşma qonaq komandanın 74:70 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sərhədçi”dən Dmitro Jiravlov 17 xal, “Sumqayıt”dan isə Nəzər Quliyev və Roderik Smit hərəyə 16 xal toplayıb. 


Xəbər xətti