"Beşiktaş"ın yeni baş məşqçisi bilindi

19:37 10 Noyabr 2023

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini Rıza Çalımbay çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Rıza Çalımbay "Beşiktaş"ın yetirməsi olub. O, karyerası rəzində yalnız bu klubda (1980-1996) oynayıb. Təcrübəli məşqçi 2005-ci ildə "ağ-qaralar"ı çalışdırıb. 


Digər xəbərlər

Xəbər xətti